Bakıda səhər işə gedən qadını küçədə niyə öldürdülər? - Dəhşətli qətllə bağlı YENİ XƏBƏR

Bakıda səhər işə gedən qadını küçədə niyə öldürdülər? - Dəhşətli qətllə bağlı YENİ XƏBƏR

Bakı şəhərinin Suraxanı rayonunda küçədə öldürülən qadının adı məlum olub.
Şənbə günü səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində küçədə naməlum şəxsin hücumu nəticəsində çoxsaylı bədən xəsarətləri ilə öldürülən qadının 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı olması müəyyən edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 33 yaşlı qadını bir müddət əvvəl rəsmən boşandığı həyat yoldaşı, 1983-cü ildə anadan olmuş Məmmədov Xosrov Elman oğlu qətlə yetirib.

Bildirilir ki, Əfsanə ilə Xosrov boşanandan sonra da, onların arasındakı münaqişə davam edib. Oktyabrın 6-da səhər işə getmək üçün evdən çıxan Əfsanə yolda keçmiş əri ilə qarşılaşıb. X.Məmmədov əvvəlcədən planlaşdırdığı kimi 2 övladının anası olan Əfsanəyə hücum edərək ona çoxsaylı zərbələr endirib. Ətrafdakı şəxslər ona mane ola bilməyib və qadın hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. X.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az