Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu - VİDEO

Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu - VİDEO

Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı.

 

Miq.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır

 

 
 Miq.az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az