Bakıda uşaq qrildən zəhərlənib öldü – Anası komadadır

Bakıda uşaq qrildən zəhərlənib öldü – Anası komadadır
Bakıda bir ailənin üzvləri zəhərlənib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.

Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu və onun atası Mərdanov Murad Əsgər oğlu, anası Mərdanova Məlahət Çingiz qızı zəhərləniblər.
Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Zəruri istintaq hərəkətləri aparılıb, iş üzrə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Onların zəhərlənməsinin səbəbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Lakin ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, onlar qrildən zəhərləniblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az