Bakıda yanğın: 40 nəfər təxliyə olundu

Bakıda yanğın: 40 nəfər təxliyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Miq.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 4 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 10 m² sahədə və məişət texnikası qarsalanıb.

Yanğın zamanı 40 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az