Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov vəzifəsindən azad olunub.


Miq.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

E.Allahverdiyevin digər əmri ilə həmin vəzifəyə Elmin Zamanov təyin edilib.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
inf[email protected]

www.miq.az