Bakıda zəncirvari qəza: 2 nəfər öldü

Bakıda zəncirvari qəza: 2 nəfər öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Miq.az
DİN-in saytına istinadən xəbər verir ki, fevralın 16-da saat 17.00 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi "Opel", Eldəniz Məcidovun idarə etdiyi "Toyota", Samirə Əliyevanın idarə etdiyi "Volkswagen" və Namiq Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az