Bakıdan Gəncəyə helikopterlə xilasedicilər və itlər aparıldı (RƏSMİ)

Bakıdan Gəncəyə helikopterlə xilasedicilər və itlər aparıldı (RƏSMİ)

Fövqəladə Hallar Nazirliyi Gəncədəki partlayışla bağlı növbəti məlumatı yayıb.

Miq.Az quruma istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

Qeyd olunur ki, dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Əlavə məlumat veriləcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az