Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi – AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi – AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

Ötən gün saat 12 radələrində Qobustan şəhərində baş verən bıçaqlanma hadisəsinin təfərrüarları məlum olub.

Publika.az xəbər verir ki, Qobustan şəhər sakini 1963-cü il təvəllüdlü Qurbanov Famil Bəybala oğlu onun evində qonaq olan bacısı, 1966-cı il təvəllüdlü Məlahət Yadigarova ilə qardaşı, 1959-cu il təvəllüdlü Kamil Qurbanovu bıçaqlayıb.

M.Yadigarova döş qəfəsi və sağ bud nahiyəsi, Kamil Qurbanov isə qarın boşluğu və sol bud nahiyəsindən xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Yadigarova Bakı şəhəri Səbail rayonu, Kamil isə Qaradağ rayonunda yaşayır. Onlar atalarından qalan mülkü bölüşdürmək üçün rayona Familgilin evinə gediblər. Burada mülk məsələsi üstündə tərəflər arasında narazılıq yaranıb. Nəticədə F.Qurbanov bıçaqla bacı-qardaşına hücum edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az