Bakının mənzil bazarında bahalaşma var

Bakının mənzil bazarında bahalaşma var

2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.

Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.

N.İbrahimov vurğulayıb ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:

"Birinci səbəb budur. Digər səbəb isə neft birjalarında bu ilin əvvəlindən davamlı qiymət artımının olmasıdır. Adətən neft bazarında qiymət artımı daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az