Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi

Bakının mərkəzində qan töküldü: kütləvi dava bıçaqlanma ilə bitdi
Nəsimi rayonunda kütləvi dava baş verib.

Miq.az oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyası yaxınlığında baş verib.
Bayramov Tural Fərhad oğlu idarə etdiyi "BMW X5" markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı "Daewoo Centra" markalı avtomobilə yol verməyib.
Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib.
Dava zamanı "Daewoo"nun sürücüsü 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və "BMW"dəki sərnişinlərə hücum edib.

Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az