Bakının səkkiz nöqtəsində sürüşmə aktivləşdi

Bakının səkkiz nöqtəsində sürüşmə aktivləşdi

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikası aktivdir, yəni burada sürüşmə prosesi davam edir və stabillik yoxdur.


Miq.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, sadalanan ərazilərdəki mövcud çatlarda genişlənmə gedir. Suraxanı rayonu Zığ qəsəbəsində ayrı-ayrı sahələrdə qrunt sularının yer səthinə çıxışı, bəzi ərazilərdə lokal sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində aktivlik müşahidə edilib. Bu ərazilərdə subasma hadisələri təbii amillər - atmosfer yağıntılarının təsiri ilə qrunt sularının qalxması səbəbindən baş verib.

Nazirlik rəsmisi əlavə edib ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Günəşli yaylası küçəsindən tektonik qırılma xətti keçir: "Burada təbii və texnogen amillərin təsirindən aktivləşmə baş vermişdi. Hazırda torpaq qatında gözlə görünən çatlar müşahidə edilir, lakin bu günlər ərzində orada vəziyyət stabildir, ciddi aktivləşmə müşahidə edilməyib”. /Trend

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az