“Balakişi İTV-nin baş direktoru seçilməyib” - MTRŞ müsabiqə elan etdi

“Balakişi İTV-nin baş direktoru seçilməyib” - MTRŞ müsabiqə elan etdi

Yayım Şurasının sədri: "Bu məsələ jurnalistlər tərəfindən yanlış qələmə verilib"

İTV-nin Yayım Şurasının sədri Muxtar İmanov Balakişi Qasımovun  İTV-nin baş direktoru seçilməsi ilə bağlı bir neçə gün öncə yayılan xəbərə aydınlıq gətirib.

Muxtar İmanov Lent.az-a açıqlamasında bildirib ki, bu məsələ jurnalistlər tərəfindən yanlış təqdim olunub: "Mayın 1-də Cəmil Quliyev ərizə ilə Yayım Şurasına müraciət edərək səhhəti ilə əlaqədar bu vəzifədən getmək istədiyini bildirmişdi.

Mayın 11-də İTV-nin Yayım Şurası öz iclasında həm C. Quliyevin ərizəsini, həm də onun səlahiyyətlərinin müvəqqəti olaraq kimə həvalə olunmasını müzakirə elədi. Qərara gəldik ki, C. Quliyevin səlahiyyətləri müvəqqəti olaraq, yeni seçki keçirilənək Balakişi Qasımova verilsin. Sadəcə bu məsələ jurnalistlər tərəfindən yanlış qələmə verilib, guya ki, B. Qasımov İTV-nin baş direktoru seçilib. MTRŞ-nin elan elədiyi müsabiqənin nəticəsinə əsasən, daha çox səsi kim toplayacaqsa, İTV-nin baş direktoru da o olacaq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az