Bank sahibinin oğlu qəza törətdi – AA nişanlı maşın dərəyə aşdı (FOTO)

Bank sahibinin oğlu qəza törətdi – AA nişanlı maşın dərəyə aşdı (FOTO)

Magistral yolda 3 avtomobil toqquşub.

"Qafqazinfo”nun məlumatına görə, Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda "Mercedes” markalı 10 AA 730 , "Mercedes” markalı 99 NL 847 və "Hundai” markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı "Mercedes” idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

"AzPolitika.info” dəqiqləşdirib ki, qəzaya düşən avtomobillərdən birinin – "Mercedes” markalı 10 AA 730 dövlət nömrə nişanlı bahalı avtomobilin sükanı arxasında tanınmış iş adamının, "Bank Respublika” ASC-nin prezidenti Natiq Quliyevin oğlu Saday Quliyev olub. Onun yüngül xəsarət aldığı, hadisənin də məhz bank sahibinin oğlunun günahı ucbatından baş verdiyi bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az