Bayden and içərək ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı

Bayden and içərək ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir.

ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib. Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başlamış oldu.

C.Baydenin inauqurasiya mərasimində sabiq prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.
 
Yeni prezident bildirib: "Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam".
Yeni seçilmiş vitse-prezidenti Kamala Harris and içərək vəzifəsinin icrasına başlayıb.

Harris Kapitolinin qərb pillələrində and içərək ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın oldu.

55 yaşlı Harris 2017-ci ildən Kaliforniya senatoru olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az