Bayıl sürüşmə sahəsindəki SON VƏZİYYƏT

Bayıl sürüşmə sahəsindəki SON VƏZİYYƏT
Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.

Miq.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.
Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: "Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 4 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az