Bayılın sürüşməsi tikinti şirkətlərini müştərisiz qoya bilər

Bayılın sürüşməsi tikinti şirkətlərini müştərisiz qoya bilər

"Bakı şəhərinin Səbail rayonunda hazırda 14-dən artıq mənzil tikintisi ilə bağlı pilot layihə işlənilib, təsdiq olunub və əlavə bir neçə layihə hazırlıq variantındadır”.


Bunu Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O qeyd edib ki, pilot layihələrin əksəriyyəti Bayıl yaşayış sahəsində yerləşir: "Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla baş tutan görüş zamanı icra başçısı Eldar Əzizov təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Eldar Əzizov qeyd edib ki, düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.

Qeyd edək ki, Bayılda sürüşmə xəbərləri alıcıları Bayılda tikilən binalarda mənzil alamağa qorxudur. /”Marja”

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az