Belçika parlamentində Qarabağ təxribatı – Türkiyədən cavab

Belçika parlamentində Qarabağ təxribatı – Türkiyədən cavab

Belçika Nümayəndələr Palatası Ermənistanla münaqişəyə görə Azərbaycanı qınayan qətnamə layihəsi qəbul edib.

Miq.Az xəbər Türkiyənin "Haber 7” saytına istinadən xəbər verir ki, Belçika parlamentindəki bütün siyasi partiyaların birgə hazırladığı qətnamə layihəsində "Azərbaycanın Qarabağdakı yeni düşmənçiliyi” pislənilib.

Yekdilliklə qəbul edilən qondarma qanun layihəsində Belçika hökuməti "müharibədən zərər görən ermənilər”ə kömək etməyə, "müharibə cinayətləri”ni izləməyə və atəşkəs rejimini qorumaq üçün bir sıra tədbirlər görməyə çağırılıb.

Ermənipərəst millət vəkilləri, həmçinin "Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququ”na hörmət edən bir sülh müqaviləsinin müzakirəsini tələb ediblər. "Layihə”də Türkiyənin də Dağlıq Qarabağdakı qarşıdurmada "mənfi rol” oynadığı iddia edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Belçika Nümayəndələr Palatasının qərarının nə tarixi, nə qanuni, nə də reallıqlar baxımından doğru olduğunu söyləyib.

Aksoy açıqlamasında Belçika Parlamentinin qərəzli davrandığını və ermənilərin yalan iddialarının alətinə çevrildiyini bildirib:

"Qərar Türkiyə-Belçika münasibətlərinə müsbət təsir etməyəcək, sülh və sabitliyi təmin etmək səylərinə xidmət göstərməyəcək. Bu cür qərarlar, eyni zamanda Ermənistanın həqiqətləri qəbul etməsi prosesini əngəlləmək, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa təhrik etmək deməkdir”.

Aksoy 1915-ci il hadisələrinə istinadən edən qərarın xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qanunlarının əsas prinsiplərinə zidd olduğunu söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az