Bərdə rayonunda KORRUPSİYA QALMAQALI- Şöbə müdiri işindən azad olunub

Bərdə rayonunda KORRUPSİYA QALMAQALI- Şöbə müdiri işindən azad olunub

Bərdə rayon İH-də şöbə müdiri işindən azad olunub.

Buna səbəb onun Zümürxan kənd İcra nümayəndəsinin müavinindən pul tələb etməsi olub.

Bu barədə danışan Zümürxan Kənd İcra Nümayəndəsinin müavini Elxan Bəşirov bildirib ki, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərov onu yanına çağıraraq pul tələb edib. Zaur Bəylərova Elxan Bəşirov imkanı çatmadığından, xəstəsi olduğundan maddi sıxıntılar keçirməsini izah etməyə çalışsa da,  qərar dəyişməz qalıb. Əks təqdirdə pul çatdırılmasa işdən azad olunmaqla hədələnib. Nümayəndə müavini arada olan danışığı telefonun yaddaşına köçürüb. Ertəsi gün Elxan Bəşirovun işdən azad olunması barədə əmr verilib. İşdən azad olunmasını qanunsuz  hesab edən Bəşirov  korrupsiya faktını sübuta yetirən səs yazısını çoxaldaraq Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə və hüquq mühafizə orqanlarına ünvanlamaqla tələb olunan pulu vermədiyinə görə işdən çıxarıldığını əsaslandırıb.

"Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev məni qəbul edərək, yaranmış durumla maraqlandı. Dərhal işimə bərpa olundum. Bərdə rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərov tutduğu vəzifədən avqustun 17-də azad olundu. Respublika Prokurorluğu Korrupsiyaya qarşı mübarizə İdarəsində şikayətim əsasında cinayət işi açılaraq araşdırma aparılmağa başlanılıb.”-deyə Elxan Bəşirov bildirib.

Bildirildiyinə görə faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinda araşdırmalara başlanılıb. Avqustun 18- də adı çəkilən qurumun əməliyyat qrupu Zaur Bəylərovu saxlayıb. Əldə olunan məlumata görə sonradan onun haqqında həbs qətimkan tədbiri dəyişdirilərək evinə buraxılıb.

Onu da qeyd edək ki, Bərdə rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsi Zaur Bəylərov haqqında KİV-lərdə davamlı olaraq tənqidi yazılar verilib. Bir müddət öncə insan öıümü ilə nəticələnən keçirdiyi ağır yol qəzasına görə layiq olduğu cəzadan qıraqda qaldığı vurğulanıb. Mütəmadi olaraq rayonun icra nümayəndələrindən, bələdiyyə sədrlərindən, idarə və müəssisə rəhbərlərindən pul yığmaqda ittiham olunub. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az