Bərzanini dəstəkləyən şöbə müdiri işdən çıxarıldı

Bərzanini dəstəkləyən şöbə müdiri işdən çıxarıldı
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.

Bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.
Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "facebook"da və mətbuatda ciddi tənqid olunub. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az