Beş aydır komada olan qazimiz ŞƏHİD OLDU

Beş aydır komada olan qazimiz ŞƏHİD OLDU

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. 

Miq.Az apa-ya istinadən xəbər verir ki,  koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin! 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az