Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu

Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu

Daha bir şəhidin övladı dünyaya gəlib. 

Miq.Az oxu.az-a istinadən xəbər verir ki, beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.

O, şəhidlik zirvəsinə ucalmazdan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.

Qeyd edək ki, A.Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az