Beyləqanda ağır qəza: 3 yaşlı uşaq öldü

Beyləqanda ağır qəza: 3 yaşlı uşaq öldü

Dünən gecə saatlarında Beyləqan rayonunda ağır qəza baş verib.

Sputnik.az xəbər verir ki, Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində "Ford Tranzit” markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az