Bir ayın içində ölən bacı-qardaşın valideynlərindən qəribə QƏRAR

Bir ayın içində ölən bacı-qardaşın valideynlərindən qəribə QƏRAR
Sabirabad rayonunda 28 günün içərisində dünyasını dəyişən azyaşlı bacı və qardaşın müəmmalı ölüm səbəbi haqqında ekspertizanın nəticələrinin bu gün açıqlanacağı ilə bağlı məlumat yayılmışdı.

Miq.az  xəbər verir ki, qafqazinfo nəticələrin necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. 
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib: "Ekspertiza olmadığına görə onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər qohumdurlar".
Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun  5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az