Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq

Bir mənzilin bir neçə nəfərə satılması məsələsi parlamentdə müzakirə olunacaq

"Bakıda bəzi tikinti şirkətləri tərəfindən istifadəyə verilən və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması çoxsaylı ailələrin hüquqlarının pozulmasına səbəb olub".


Miq.az report-a istinadən xəbər verir ki, bu, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, Müvəkkil bu şikayətlərdə əks etdirilmiş halların yoxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciətlər edib.

Məruzədə qeyd olunub ki, bəzi müraciətlərdə bir sıra mənzil-tikinti koorperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar öz əksini tapıb: "Qeyd edilənlər baxımından, İqtisadiyyat və Vergilər nazirlikləri, habelə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir".

Sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az