BİVARİSİN VARİSİ

BİVARİSİN VARİSİ
Əlihuseyn Ağayev

 Ömrüm boyu yaşayıb gördüklərim maraqlı, qeyri-adı nə varsa zaman-zaman yaddaşima həkk etmişəm. Həmişə içimdə bu yaşantıları paylaşmaq istəyi üsyan qaldırıb. Neçə dəfələrlə bu üsyanı icimdə amansızlıqla yatırtmışam. Hələ vaxtı deyil, kiminsə mənefiyinə zidd olar deyə 40 ilə yaxin, yeniyetmə təfəkkürü ilə şahidi olduğum bir ülvi, ilahi, kövrək, insani məhəbbətin təəssüratını paylaşmağı yubatmışam.

Yarım əsrdə tamaşa etdiyim ekran əsərlərində, oxuduğum kitablarda qəlbimin dərinliklərində gizlətdiyim bu təsüratlara oxşar bir süjet axtarırdım ki, təsəlli tapım. Lap çin olan yuxu kimi...

O vaxtlar 10-12 yaşımda idim. Atamdan babamı soruşurdum. Onun necə insan olduğunu, zahiri görünüşü mənim üçün maraqlı idi. Axı babamı görməmişdim. Heç atam da yaxşı xatırlamırdı, çünki o da babamı 5-6 yaşlarında itirmişdi.Yaddaşımda qalan isə babamın hundürboylu,  qüvvətli, qarabuğdayı, qorxubilməz, zəhmətkeş birisi  olmasıdır. Qonşu qəsəbədə onun 40-cı illərdə iki nəfərlə belə mükafat müqabilində güləşməsi xatirlanırdı.Və bir də yadımda qalan onun qorxmazlığından istifadə edib sovet dönəmində köhnə qəbirstanlığın kotanla şumlamasıdır.

Bəlkə buna görə babamın öz məzarının dəqiq yeri müəyyənləşmədi. Bəlkə buna görə babamın nəvələrindən biri gör qazmaqla məşğuldur. Bilmirəm..!
Düzü babamın obrazını gözümdə canlandıra bilməmişəm. 
Amma babamdan bizə iki nənə, bir atam, bir də köhnə, dam örtüyü qamışdan və çiy kərpicdən horülmüş, daxma qaldı.
Nənələrimdən biri atamı dünyaya gətirmişdi o birisi isə, onu dünyada yaşatmışdı. Atamı dünyaya gətirən nənəmdən nə atama, nə də özümə qarşı bir məhəbbət hiss etmirdim.
Amma atamı böyüdən nənəm atama qarşı və bizə qarşı qeyri- adi məhəbbətə malik idi. 
Atamı böyüdən nənəmın dünyaya gətirdiyi övladları yaşamayıb.
Ona görə də könüllü olaraq babama övlad bəxş etməyə qadir olan gadına özü elçi düşür. Və o qadın atamı, yeganə övladını, dünyaya gətirir.
Babam dünyasını dəyişəndə atami uşaq evinə aparırlar. 
"Dögma" ana bununla razılaşır, amma "ögey" ana bununla razılaşmır və oğlunu uşaq evindən götürür.
Beləliklə atam əsil anasını tapır. Onun adı Misri idi.
Atam dünyasını dəyişənə kimi ona Misri Əliməmməd dedilər bizə isə Misrinin nəvələri.
Mən dünyaya gələndə o artıq görmə qabiliyyətini itirmişdi. Onu qohumlarını axtarmağa nəvələri növbə ilə aparırdıq. Ona bəziləri sədəqə də verirdilər. Amma mən onu həyatım boyu əl açan görmədim. O vergili idi. Onun yanına üz-gözü yara basmış adamları gətirərdilər. Qorxmuş adamları, talelərini bilmək istəyənləri və i.a. Hamı razı qalırdı. Mənim üçün bütün bunlar qaranlıq idi.
Mənim üçün o vaxt ən ağır iş onun qolundan tutub qohumlarıgilə aparmaq idi. Utanirdim. Məktəb yoldaşlarımdan, verilən sədəqələrdən, sevdiym qızın məni görə biləcəyindən çəkinirdim.
Axı hardan biləydim ki, dünyanın ən şərəfli işi ilə məşqul idim.
O daha çox mənimlə getmək istəyirdi. Bu məni üzürdü. O nəvələrini əllərinin hərarəti ilə, nəfəsilə ayırd edirdi. Ayaq yolunu 
addımları ilə, evin hər küncünü qarışı ilə bilirdi. Ən maraqlısı isə nəvələrinin hansı xasiyyətə malık olmasını səsin tonu ilə, zarafatları ilə, ondan nəyi isə ummaqları ilə təyin etmişdı.
Mən ona iradımı bildirəndə ki, mən axı hamıdan balacayam niyə həmişə mənimlə getmək istəyirsən. Sənin ayağinda çörək var deyərdi. Çox sonralar ayağımda çörək olduğunun sahidi oldum. Amma əsas məsələ çörəklə bağlı deyildi. Nənəm həm də diplomat idi.
Çox sonralar qardaşlarımdan biri bu sirri etiraf etdi. Onda mənə hər sey aydın oldu ki, niyə nənəm məni məcbur edərdi ki, xırda pulları ayird edim. Ag və qaraya. Sovetin 3 qəpıyi ilə 20 qəpiyi eyni boyda idi. Yalnız sikkələri ilə və rəngı ilə fərqlənirdi. Nənəm  bu yolla kimin daha etibarlı olmasını təyin etmişdi.
Nənəm bizi çox sevirdi. Atamızı dünyalar qədər sevirdi. O atamı 5-10 m məsafədən hiss edirdi. Bunu hər dəfə xatırlayanda bədənim əsir. Yəni bu qədər sevgi olarmış.
Atamın 13 ovladı var idi. Nənəm dünyasını dəyişəndə 11 nəvəsi var idi. O bizə həmişə xərclik verərdi. Amma atam üçün məxsusi aldığı sovqatı sandığında gizlədərdi. Atam ailəni saxlamaqdan ötrü həmişə Rusiya ərazisinə mövsümı işlərə gedərdi. Sonralar mən də ali təhsil alanda bu yoldan istifadə etdim.
Atam 8 aydan sonra evə qayıtmışdı. Nənəm onun üçün bal saxlamışdı. Neçə dəfə şahidi olmuşam balı qarışqadan qorumaq üçün nə oyunlardan çıxardı. Oğlumundur nazla deyərdi.

Atam nənəmlə görüşməyə gələndə bizə susmağı əli ilə işarə etdi və bildirməməyə işarə etdi.

İlahi, mənim nə ədəbi savadım, nə dünyagörüşüm imkan verməz ki, mən bu səhnəni təsvir edim.Oğlunun iyini hiss edib dizlərini yerə qoyüb sağa-sola boylanan , dünya işığına həsrət qalan bu qadın sanki oğlunu görürmüş kimi iməkləyə-iməkləyə ona tərəf gedərək ,Əliməmməd, Əliməmməd, Əliməmməd deyərək, əlini tapmaq istəyir. İstəyinə çatanda bu beli bükülmüş qadının əllərində nə qədər güc olarmış. Onu atamdan ayırmaq çətin olardı. Bax həmin an nənəm dünyanı görürdü.

İllər boyu düşünürəm ki, mənim Misri nənəmim babama olan məhəbbəti, dünyaya gətirib itirdiyi övladlarına olan məhəbbəti və dünya işığına olan məhəbbəti hamisı atama olan məhəbbətində cəmlənmişdir.

Ölüm anında atamı qucaqlayib eyni ilə Əliməmməd, Əliməmməd, Əliməmməd deyə, lakin fərqli intonasiya ilə deyən və həyatdan köçən bu qadının nəvəsi olmaqdan qurur duyuram. Mənə elə gəlirdi ki, bu qadın ölümdən çox atamı tək qoymaqdan qorxurdu. Ona daha qayğı göstərə bilməyəcəyinə görə bağışlanmağını istəyirdi. Və son dəfə atamın əllərini bütün vücudu ilə sıxıb vidalaşdı.
Əlim çörəyə çatanda ilk gördüyüm iş onun baş daşini qoyub məzarinı abadlaşdırmaq olub. Həmişə onun ruhu mənə kömək olub. Bu gün hamımız bu qadına borcluyuq. Bir ocağın bir közunu nəfəsilə, görmədən üfürə- üfürə sönməyə qoymayan bu gadına eşq olsun.

P.S Hər dəfə məclislərin sonunda dua edərkən ŞƏHİDLƏR, ALİMLƏR, MÜQƏDDƏS adamlarla yanaşı bivarislərərə də dua edilir. BAx bu duanı edən biri vaxtilə mənə  DİLƏNÇI MİSRİNİN NƏVƏSİ deməklə acılamaq istəyənlərə gec də olsa cavabında demək istəyirəm ki, MİLYONÇU olub həyat almaqdansa, 
DİLƏNÇİ olub həyat vermək daha  ŞƏRAFƏTLİDİR.

Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az