Blinken: Rusiya artıq savaşı uduzub!

Blinken: Rusiya artıq savaşı uduzub!

Rusiya Ukraynadakı müharibəni artıq uduzub.

Miq.Az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi, özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar olub. Kəşfiyyatımızın məlumatına görə, Rusiya qoşunları aşağı əhval-ruhiyyə, yüksək ölüm nisbəti, texniki problemlər və döyüş meydanındakı real vəziyyət barədə onlara məlumat verməkdən imtina edən rəhbərlikdən dolayı əzab çəkirlər”, - deyə Dövlət katibi bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az