BMT-dən xəbərdarlıq: Qorxunc nəticələr ola bilər...

BMT-dən xəbərdarlıq: Qorxunc nəticələr ola bilər...

Qəzzanın uzun müddətdir mühasirədə olması, əhali sıxlığı və məhdud səhiyyə imkanları səbəbindən koronavirusla bağlı qorxunc nəticələr ortaya çıxa bilər.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Humanitar Məsələlər Komitəsinin Fələstin üzrə koordinatoru Cemi Makqoldric deyib.

O bildirib ki, regionda səhiyyə sisteminin gücləndirilməsi üçün Fələstin hakimiyyəti və Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) ilə danışıqlar aparılır:

"Tibbi heyət və yardım vasitələrinin təmin edilməsi üçün mənbə axtarışındayıq. 6 gün ərzində bu mənbə təmin edilməlidir. Əgər virusa yoluxma halları artarsa, vəziyyət dəyişə bilər”

Qeyd edək ki, Qəzzada 2 nəfərdə KOVİD-19-a yoluxma halı qeydə alınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az