Boksun əfsanəsi- Məhəmməd Əli dəfn edildi

Boksun əfsanəsi- Məhəmməd Əli dəfn edildi

Əfsanəvi boksçu doğulduğu Luisvill şəhərində dəfn olundu.

Məşhur amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib. Əfsanəvi idmançının tabutu onun doğma şəhərinin küçələrindən keçirilib.

Məhəmməd Əli ilə vida mərasimi 15 minlik tamaşaçı tutumu olan stadionda keçirilib. Dəfndə ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Mayk Tayson, İordaniya kralı II Abdullah və bir çox məşhurlar da iştirak edib. 

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a yollanıb. Lakin o, səfərini yarıda kəsərək ölkəsinə geri qayıtmağa qərar verib. 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli özünün dəfn mərasimini 5 il bundan əvvəl ssenariləşdirmişdi. Ərdoğan cümə günü torpağa veriləcək Məhəmməd Əlinin dəfninə qatılmayacaq. O, cümə axşamı Ahıska türklərinin təşkil etdiyi iftar süfrəsindən sonra Türkiyəyə qayıdacaq. Buna səbəb Rəcəb Tayyib Ərdoğana qarşı edilən hərəkətin xoş qarşılanmaması olub./Anspress/

Məhəmməd Əlinin məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək parçanı Ərdoğandan alıblar. Bundan başqa, onun Quran oxumaq istəyi də qəbul edilməyib. Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib. Əfsanəvi boksçu iyunun 4-də tənəffüs yollarında yaranan problemlə bağlı gətirildiyi Arizona ştatının Finiks şəhəri yaxınlığındakı xəstəxanaların birində 74 yaşında dünyasını dəyişib.  

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az