“Bravo” “Badamlı”nın adını təhrif etdi – Foto

“Bravo” “Badamlı”nın adını təhrif etdi – Foto

Tanınmış jurnalist Məhəmmədəli Qəribli "Bravo” mağazalar şəbəkəsinin "Badamlı” mineral sualarının qəribə təqdimatı ilə bağlı maraqlı paylaşım edib. Azinforum.az həmin paylaşımı təqdim edir: "Fotonu "Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza "Badamlı”ya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar. Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi "Zəfər Bayramı” müsabiqəsinin qalibi oldum, göz görə-görə mükafatımı vermədilər. Əminəm ki, onların bu özbaşınalığından "Badamlı”ya rəhbərlik edən lazımi adamların məlumatı olmayıb. "Badamlı”nın piar meneceri Elvin müəllimə deyin, gedib təmsil etdiyi şirkətə aid məsulun adının düzgün yazılmasını tələb etsin!”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az