Bu da ermənilərin şəhid etdiyi əsgərimiz FOTO

Bu da ermənilərin şəhid etdiyi əsgərimiz FOTO

19 yaşlı əsgər oktyabrda hərbi xidmətə yollanmışdı

Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində düşmən atəşindən dünyasını dəyişən əsgərin fotosu yayılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, şəhid olan DSX-nin əsgəri 19 yaşlı İbrahim Ələmşah oğlu Vəliyev Kəlbəcər rayonundandır.

O, 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Kəlbəcər rayon şöbəsindən hərbi xidmətə yollanıb. Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən fakt İstiPress-ə təsdiqlənib. 

Əsgər İbrahim Vəliyevin ailəsi məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşdığından şəhid əsgərin burada dəfn olunacağı gözlənilir.
Allah rəhmət eləsin.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az