Bu diplomların tanınması mümkün deyil – Nazirlikdən açıqlama

Bu diplomların tanınması mümkün deyil – Nazirlikdən açıqlama
Azərbaycan qanunvericiliyinə əsasən, distant təhsilalma forması (tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır-red) üzrə xaricdə təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda o da bildirilib ki, doktorantura pilləsi üzrə xaricdə alınan ixtisasın nostrifikasiyası üçün Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət olunmalıdır.
"Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”, – Nazirliyin məlumatında qeyd olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az