Bu gün Azərbaycanla tarixi addım atacağıq – Ərdoğan

Bu gün Azərbaycanla tarixi addım atacağıq – Ərdoğan

Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri ötən ilə nisbətən 25 faiz artraraq 4,4 milyard dollar olub.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

"İki ölkə arasında ticarət əlaqələrini 2023-cü ilə qədər 15 milyard dollara yüksəltməyi hədəfləyirik. Bu gün keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında ticarət sazişləri imzalayaraq bu hədəfə doğru tarixi bir addım atacağıq”, – Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır:

"Azərbaycanın Türkiyədəki sərmayələrinin isə bu ilin sonunda 20 milyard dollara çatacağını düşünürük. Türkiyəli podratçılar bu günə qədər Azərbaycanda 14,2 milyard dollar dəyərində ümumilikdə 141 layihə həyata keçiriblər.

Eyni zamanda iki ölkə arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq gündən-günə artır. Bundan sonra da Azərbaycanın inkişafına öz töhfəmizi verəcəyik”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün bu gün Bakıya gəlir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az