Bu gün onların da bayramıdır: Aprel şəhidlərinin xanımları - FOTOLAR

Bu gün onların da bayramıdır: Aprel şəhidlərinin xanımları - FOTOLAR
Bu gün onların da bayramıdır: Aprel şəhidlərinin xanımları - FOTOLAR

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə ən azı sosial şəbəkədə hər kəs dostluğunda olanları təbrik edir, xoş sözlərini çatdırır. Harada yaşamasından asılı olmayaraq, doğmalarını təbrik edən,zəng vurub, mesaj yazıb ürək sözlərini ifadə edənlər minlərlədir.

Bu gözəl gündə xatırlanası, yada salınası, xoş sözlər ifadə ediləsi insanlar arasında aprel şəhidlərinin xanımları da var. Bizim bu yazımız bəlkə bəzilərinə qəribə gələr, düşünərlər ki, axı niyə ancaq aprel şəhidlərinin xanımları?

Əlbəttə, hər bir şəhidimizin anası, qızı, həyat yoldaşı bizim üçün dəyərlidir, başımızın tacıdır. Aprel şəhidlərimizin əzizlərinin, həyat yoldaşlarının isə yarası hələ qaysaq bağlamayıb, o günlərdən çox keçməyib, onları xüsusi qeyd etməyimizin səbəbi də məhz budur.

Bu yazıda adı çəkilən, fotoları yer alan aprel şəhidlərinin xanımlarından çoxunu şəxsən tanımırıq, ola bilər bu siyahıda hansınısa unudarıq, amma inanırıq ki, harada yaşamalarından asılı olmayaraq onları da bu gün 8 mart bayramı münasibəti ilə yada salan, xoş sözlər ifadə edənlər az olmayıb. Bu xanımlar əgər əvvəl bir ailənin xanımı idilərsə, indi məsuliyyətləri daha da artıb, bütöv bir ailənin məsuliyyəti onların üzərindədir. Onlar həm gənc ailələrə, həm də yeni ailə quracaq cütlüklərə öz iradələri, əzmləri ilə nümunədirlər. Bayramınız mübarək, əziz xanımlar, əziz analar, əziz bacılar…
 

əziz bacılar…

1. 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Elvin Qayıbovun həyat yoldaşı Aytac Qayıbova.

2. Aprel döyüşlərində şəhid olmuş polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva.

urxan%20velizade.jpg

3. Şəhid mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə.

4. Aprel döyüşlərində şəhid olmuş İnqilab Quliyevin həyat yoldaşı Lalə Quliyeva.

5. Silahlı Qüvvələrin mayoru Elnur Əliyevin həyat yoldaşı Nuranə Məmmədova.

6. Aprel döyüşlərinin şəhidi kiçik çavuş Səbuhi Musayevin həyat yoldaşı Turanə Musayeva.

7. Aprel döyüşlərinin şəhidi, tabor komandiri Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova.

8. Aprel döyüşlərinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun həyat yoldaşı Qumru Orucova.

9. Aprel döyüşlərinin şəhidi, kəşfiyyatçı Dilsuz Qarayevin həyat yoldaşı Röya Qarayeva.

10. Aprel döyüşlərinin şəhidi, zabit Elvin Namazovun həyat yoldaşı Nuranə Namazova.

Image result for Orxan Həmidovun həyat yoldaşı Esmira Həmidova

11. Aprel döyüşlərinin şəhidi, kiçik gizir Orxan Həmidovun həyat yoldaşı Esmira Həmidova.

12. Aprel döyüşlərinin şəhidi, Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkr İsmayılovun həyat yoldaşı Şəbnəm İsmayılova.

13. Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova.

Image result for Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova.

14. Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova. /yeniavaz.com/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az