Bu ilin I yarısında Rusiyadan Azərbaycana 350-dən çox səfər olub

Bu ilin I yarısında Rusiyadan Azərbaycana 350-dən çox səfər olub
Bu ilin yanvar-iyun aylarından Rusiyadan Azərbaycana 352,8 min nəfər səfər edib. 

"Report” bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə istinadən xəbər verir. 
Məlumatda deyilir ki, 6 ay ərzində rusiyalılar xaricə 21,2 milyon dəfə səfər ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Rusiya vətəndaşları ən çox Türkiyə və Finlandiyaya gedib. Belə ki, son 1 ildə Türkiyəyə səfərlər 16% artaraq 2,74 milyona, Finlandiyaya səfərlər isə 5% artaraq 1,8 milyona çatıb. 
Hesabat dövründə Rusiyadan Qazaxıstana 1,5 milyon (+7,3%), Çinə 1,2 milyon (+16%), Ukraynaya 1,08 milyon (-1%) dəfə səfər reallaşdırılır. Sonrakı yerləri Estoniya (886,2 min), Almaniya (686,2 min), Tayland (686,6 min) və Gürcüstan (657,2 min) tutub.
II populyar ölkələrin onluğunda isə İtaliya (636,7 min), Polşa (549 min) və Birləşmiş Ərəb Əmirlikləri (517,3 min) gəlir. Sonrakı yerləri İspaniya (461,7 min), Kipr (361 min), Azərbaycan (352,8 min), Litva (339,6 min), Vyetnam (314 min), Fransa (275,3 min), Yunanıstan (275 min) və Çexiya (267,7 min) kimi ölkələr tutub.
Bu ilin ilk 6 ayında səfərlərdə ən ciddi artım Gürcüstan (+29%) və Özbəkistan (+40%) istiqamətlərində qeydə alınıb. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az