Bu ölkədə 5 mindən çox məhbus azad edildi

Bu ölkədə 5 mindən çox məhbus azad edildi
Mərakeşdə koronavirusla mübarizə tədbirləri çərçivəsində 5654 məhbus azadlığa buraxılıb.

Miq.Az xəbər verir ki, bununla bağlı Mərakeş kralı VI Məhəmməd əfv fərmanı imzalayıb.

Fərmana əsasən, daha çox yaşlılar, səhhətində problem olanlar, həddən artıq cəza çəkənlər və həbsxanada özlərini nümunəvi aparanlar azadlığa buraxılıb.

Qeyd edək ki, Mərakeşdə 919 koronavirusa yoluxma halı qeydə alınıb. 59 nəfər bu virusun qurbanı olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az