Bu ölkədən əhaliyə xəbərdarlıq: "Savaşa hazır olun"

Bu ölkədən əhaliyə xəbərdarlıq:

Hücum zamanı nə etməyin lazım olduğunu izah edən kitabçalar hazırlanır

Həyat şəraitinin ən yaxşı olduğu, savaşlar, mübahisələrdən kənar olan Avropa ölkələrindən birində savaş təlimləri başlayır. İstiPress-in məlumatına görə, 4,7 milyon əhalisi olan İsveçdə mümkün bir savaş zamanı nə etməyin lazım olduğunu izah edən kitabçalar paylanacaq.

Kitabçada terror, kiber hücum və təbii fəlakətlər zamanı hazırlıqla bağlı məlumatlar yer alacaq. "Yenidən savaş olarsa" adlanacaq kitabça may ayından etibarən əhaliyə paylancaq.

İsveçin Mülki Ehtiyat Dairəsinin əməkdaşı Kristina Andersonun sözlərinə görə, dünya iqlim dəyişikliyi, terror hücumları, müxtəlif infeksiyalar, ətraf mühitin kirlənməsi və s. təhlükələrlə üz-üzədir. İnsanlar bu problemlərlə necə mübarizə aparacaqlarını bilməlidirlər. 

Maraqlıdır ki, bu addım Rusiyanın bölgədə hərbi təlimləri ilə yanaşı terror hücumları riski artdığı bir dövrə təsadüf edir. Buna bənzər broşurlar son dəfə II Dünya müharibəsində paylanılıb.

Xatırladaq ki, Avropanın ən sakit ölkələrindən olan İsveç son illərdə təhlükəsizliyin azalması və Rusiyanın Ukraynadakı rolunu əsas göstərərək müdafiə xərclərini də artırıb. 2016-cı ildə Baltik dənizindəki Qotland adasına yenidən hərbi kontingent yerləşdirib, NATO-ya yaxınlaşma danııqları aparılıb. İsveçdə ötən ildən hərbi xidmət də yenidən məcburi olub. 

Ölkədə son terror hücumu aprel ayında baş verib. Stokholmda yük maşının piyadaların üzərinə sürülməsi 5 nəfərin ölümü ilə nəticələnmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az