Bu nazirliyin işçilərinin pensiya yaşı ARTIRILIR

Bu nazirliyin işçilərinin pensiya yaşı ARTIRILIR
35 il xidmət stajı olan işçilər Fövqəladə hallar orqanlarından pensiyaya çıxacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 23.12 maddəsinə dəyişiklik edilir.
Hazırki qanunvericiliyə görə, yaş həddinə çatanadək Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar"Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.
Dəyişiklikdə qeyd edilib ki, 35 il xidmət stajı olan işçilər (xüsusi rütbədən məhrum edilmiş Fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az