Bu şəxslər mağazaya SMS-icazəsiz gedə bilər – Rəsmi

Bu şəxslər mağazaya SMS-icazəsiz gedə bilər – Rəsmi

Nazirlər Kabinetinin 124 saylı qərarının bir nömrəli əlavəsinə görə, həyati əhəmiyyətli qurumlarda işləyənlərin – bura Prezident Administrasiyası, Nazirlər Kabineti, DİN, DTX və s. fasiləsiz iş rejimində çalışmalı olan qurumlar, o cümlədən, vəkillər, jurnalistlər, həkimlər daxildir - işə gedib-gəlməsinə icazə var. Sualın biri belədir ki, zəruri obyektlər - ərzaq mağazaları, aptek, bank və poçt xidmətlərindən istifadə zamanı yuxarıda adı keçən qurumlarda çalışanlar SMS-icazə almalıdırmı?

Miq.Az xəbər verir ki, bu sözləri Real TV-nin efirində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O, suala cavab olaraq bildirib ki, həmin şəxslərin iş prosesi ərzində mağaza və aptekə gedərkən SMS-icazə almalarına ehtiyac yoxdur:

"Ona görə ki, 124 saylı qərarın 1 saylı əlavəsində nəzərdə tutulan qurumların fəaliyyəti 24 saatlıqdır: həkimlər də, jurnalistlər də, polislər də, PA və NK və s. yuxarıda göstərilən qurumların əməkdaşlarının fəaliyyətinə 24 saat sərbəstlik verilib. Ona görə də onların bu xidmətlərdən istifadəsi zamanı SMS-icazə almalarına ehtiyac yoxdur".

Qeyd edək ki, sərtləşdirilmiş qadağalar 5 aprel saat 00:00-dan qüvvəyə minəcək./axar.az/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az