"Bu təlimlər Paşinyana təzyiqdir..."- Ermənistan niyə TƏŞVİŞƏ düşüb?


Azərbaycan ordusunun bu gün elan edilmiş irimiqyaslı hərbi təlimləri İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsində erməni tərəfinə təzyiq göstərməyə hesablanıb. virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib.

"Hesab edirik ki, bu təlimlər Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın planlaşdırılan görüşü kontekstində keçirilir. Və erməni tərəfinə təzyiq göstərmək cəhdidir"-Ovanisyan Facebook-da yazıb.

Xatırladaq ki, ötən həftə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən "bir qarış da torpaq qaytarmaqdan söhbət gedə bilməyəcəyini" deyib. Bildiirb ki, erməni tərəfi Araz boyu ərazilərdə məskunlaşma aparacaq.

Ermənistan rəhbərlərindən birinin belə bəyanatla çıxış etməsi danışıqlar prosesini darmadağın etməyə səbəb ola bilər. Və belə vəziyyətdə Azərbaycan qətiyyətli addımlar ataraq erməni tərəfinin "bir qarış da olsun torpaq verməmək" prinsipinə öz münasibətini bildirməlidir.

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az