Bu yollar gecədən səhərə kimi bağlı olacaq

Bu yollar gecədən səhərə kimi bağlı olacaq
Buna səbəb "Sovetski"də aparılan işlərdir

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, Yasamal rayonunun keçmiş "Sovetski” ərazisində abadlıq və yenidənqurma işləri aparılır.
Bununla əlaqədar 15, 16 mart tarixlərində saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az