"Bundan sonra daha dəhşətli hadislər baş verəcək" - DEPUTAT


Milli Məclisin üzvü Fazil Mustafa Şri Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktları ilə bağlı münasibət bildirib. Lent.az deputatın terrorla bağlı açıqlamasını təqdim edir:

"Yeni Zellandiyada məscidi, Şri-Lankada da kilsəni qətliam üçün məkan olaraq seçdilər. Dünyanı beləcə qarışdırırlar. Terrorçu zehniyyətinin qarşısında dünya birləşməyi bacarmasa, bundan sonra daha dəhşətli hadislər baş verəcək. Azərbaycanı bu cür təhlükələrdən bundan sonra daha ciddi həssaslıqla qorumalıyıq. Erməni terrorunun acılarını yaşamış bir cəmiyyət kimi zərərçəkmiş təcrübəmiz çox böyükdür. Şri-Lankada terror qurbanı olmuş xristianlar üçün Azərbaycanda da rəsmi səviyyədə müəyyən anım tədbirinin keçirilmıəsi yaxşı olardı...Buna həm insanlıq borcu kimi baxmalıyıq, həm də teror qurbanlarının milli, dini mənsubiyyətinə fərq qoymadığımızı göstərməliyik..."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az