Bunu Ermənistan nəzərə almalıdır - Bülbüloğlu

Bunu Ermənistan nəzərə almalıdır - Bülbüloğlu

Azərbaycan 30 ildən çoxdur, torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla müharibə vəziyyətində yaşayır. Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma sülh danışıqları sonsuzadək davam edə bilməz.

Miq.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS informasiya agentliyində keçirilən "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi ilkin şərtdir:

"Hansı ki, mütləq şəkildə yerinə yetirilməlidir, amma yerinə yetirilmir. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin sülh danışıqları sonsuza qədər davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız və ən əsası da Ermənistan rəhbərliyi nəzərə almalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az