Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur.


Miq.az  Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, ötən il ali məktəblərə qəbul olmaq istəyən, lakin rus bölməsinin məzunlarının Azərbaycan dilindən heç bir ali məktəbə qəbul olmayan namizədlərin bu fənn üzrə olan ötən ilki nəticələri builki qəbul imtahanlarında da nəzərə alınıb:

"Yəni onların nəticələri iki il qüvvədədir. Nəzərdə tutulur ki, bu ildən yox, gələcəkdə buraxılış imtahanlarının nəticələri də ən azı 2 il qüvvədə olsun. Bunun tətbiqi üçün isə vaxt lazımdır".

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az