“Bütün rusların Qərb ölkələrinə girişinə qadağa qoyulsun!”- ZELENSKİ

“Bütün rusların Qərb ölkələrinə girişinə qadağa qoyulsun!”- ZELENSKİ
Ukrayna prezidenti Vladimir Zelenski bütün rusların Qərb ölkələrinə girişinə qadağa qoymağa  çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə "The Washington Post” yazıb.

Nəşrin yazdığına görə, Zelenski sərhədlərin bağlanmasını ən mühüm sanksiya hesab edir: "Ruslar başqasına məxsus torpaqları alırlar. Rusiya vətəndaşları fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar. Bu məhdudiyyət etiraz olaraq ölkəni tərk edən ruslara da şamil edilməlidir”.

Ukrayna prezidentinin fikrincə, Rusiyanın bütün əhalisini hesaba çəkmək lazımdır: "Bu əhali bu hökuməti seçdi və onunla mübarizə aparmır, mübahisə etmir… Digər anti-Rusiya sanksiyaları ölkə vətəndaşları üçün bir il ərzində sərhədlərin bağlanması və Rusiyanın enerji resurslarının alınmasına tam embarqonun tətbiqi ilə müqayisədə zəifdir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az