Buzovnada şok olay: kişi ona ərə getmək istəməyən qadını...

Buzovnada şok olay: kişi ona ərə getmək istəməyən qadını...
Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 9-na təyin edilib.
İttihama görə, bu il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini, 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus "Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.
İstintaq həmçinin müəyyən edib ki, cinayətin səbəbi Səkinə Hümbətovanın Zəfər Mərdanova ərə getməkdən imtina etməsidir.
Səkinə Hümbətovanın azyaşlı övladı qalıb.
Görülmüş tədbirlərlə Zülfiyyə Şiriyeva da saxlanılıb. Onun əməlləri Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.
Zülfiyyə Şiriyevanın cinayət işi ayrıca icraata götürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az