"Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” - Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İcitmai Birliyinin təşkil etdiyi "Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Ağdamda keçirilib.
Tədbirdə "Vətəndaş" Tədqiqat vəİnkişaf İctimai Birliyinin icraçı direktoru Günel Səfərova layihə barədə məlumat verib.İşğal faktorunun uşaqların psixologiyasına vurduğu travma ilə bağlı valideynlərlə müzakirə aparılıb. Ağdam rayonun işğal olunmuş torpaqlarımızla sərhəd kəndlərdə yaşayan uşaqların daha çox nevroloji problemdən əziyyət çəkdiyi vurğulanıb. Həmçinin hamiləlik vaxtı ifrat stressden uşaqların kəllə daxili təyziq və ağır nevropatik göstərişli dünyaya gəlməsi ilə bağlı statistik məlumat verilib. Ağdam rayon sakinləri tibbi klinikalar və ya kənd kitabxanalarında psixoloqun fəaliyyətinin zəruri olduğunu qeyd ediblər. Həmçinin məlum olub ki, məktəblərdə psixoloq ixtisası ştat kimi nəzərdə tutulsa da faktiki mövcud deyil. Eyni zamanda psixoloqun tibbi klinikalarda dövlət hesabına fəaliyyətinin zəruriliyi vurğulanıb. Tədbirdə iştirak edən valideynlər xahiş edib ki, psixololoji gərginliyin yaratdığı xəstəliklərin müalicəsi üçün onlara dəstək göstərilsin.Sonda iştirakçılara maarifləndirici buklet paylanılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az