"Cıkma” ananın meyitini doğrayıb tövlədə gizlətdi, qızının cəsədini isə... Dəhşətli cinayətin təfərrüatı (FOTO)

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.
 
Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.
 
Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.
 
*** 
 
Ana və qızı həmin evdə tək yaşayırmış, qətlə yetirilən Firuzənin oğlu Qiyas isə bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Qızı Sənubər isə ailə həyatı qurmayıb.
 
Sənubərin boğularaq öldürüldüyü məlum olub.
 
***
 
Qətli törətməkdə şübhəli bilinən kənd sakini, ailənin qonşusu "Cıkma” ləqəbi ilə tanınan Yaşar Bayramov saxlanılıb. "Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. "Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.
 
İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 86 yaşlı Firuzə Əskərovanın başını kəsərək tövləyə aparıb.
 
Y. Bayramov Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisə edib.
 
 
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az