"CNN” xatırladır ki, İran prezidenti Həsən Ruhani Qasım Süleymaninin qətli ilə bağlı deyib ki, Amerika bu addımından doğan nəticələrlə "təkcə bu gün yox, həm də illər sonra da qarşılaşacaq”.
General aşağıdakı fikri də diqqət çəkir: ""Baxın, bir neçə səbəbə görə hazırkı ABŞ administrasiyası ilə danışıq aparmaq istəməzdik. İndi cənab Süleymani ilə bağlı baş verənlərdən sonra danışıqlar aparmaq və ya münasibətlər qurmaq üçün istinad nöqtələri qalmayıb. Bu, mümkün deyil”.
Hüseyn Dehqan prezident Trampın "İranın 52 şəhərini hədəf almışıq” ifadəsini də cavabsız buraxmayıb: "Əgər o, 52 deyirsə, biz 300 deyirik və o hədəflərə bizim əlimiz çatır. Heç bir Amerika hərbi birləşməsi, heç bir Amerika siyasi mərkəzi, heç bir Amerika hərbi bazası, heç bir Amerika gəmisi təhlükədən sığortalanmayıb”.
Trampı "qanqster” və "qumarbaz” adlandıran general deyib ki, bütün iranlılar indi Qasım Süleymanidir: "Qasım Süleymani 2003-cü ildən Qüds hərbi birləşməsinə rəhbərlik edib. İndi onu əvəz edən şəxs onunla birlikdə 20 il işləyib. O da eyni metod və idarəçiliyə söykənir. İran min dəfələrlə güclənəcək. Biz elə bir şey hiss etmirik. Biz məntiqə söykənirik, şəhidlik məntiqi bizim üçün önəmlidir”.
Elbəyi Həsənli, Sürix
Musavat.com