Üçüncü Qarabağ savaşı artıq bunun uğrunda gedəcək

Üçüncü Qarabağ savaşı artıq bunun uğrunda gedəcək

Laçının azad olunması ilə 90-cı illərdə yaranmış hərbi-siyasi vəziyyət ortadan qalxdı və Müzəffər Ordumuz BMT qətnamələrinin hamısını yerinə yetirərək, dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ən böyük qurumu 27 illik qınaqdan və nüfuz itkisindən xilas etdi.

Miq.Az xəbər verir ki, bu sözləri millət vəkili, STM İH sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, artıq həmin sənədlər yalnız tarix üçün əhəmiyyət daşıyır:

"Siyasi təqvimdə 1 dekabr günü eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin fədakar millətimiz və şanlı Silahlı Qüvvələrimizlə birgə təkcə hərbi deyil, eləcə də diplomatik-siyasi gücü, imzasının hökmü ilə torpaqlarımızı təcavüzkarlardan təmizləməyə qadir olduğunu beynəlxalq ictimaiyyətə göstərdi.

10 noyabr sazişinin işləməsi, dövlətimizin hesabına regionda formalaşan yeni geopolitik, eləcə təhlükəsizlik atmosferi Qafqazda yeni arxitektura qurmağa imkan verəcək.

İndi sürətli bir şəkildə Qarabağda erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, Rusiya sülhyaradıcı qüvvələrinin nəzarəti altında olan ərazilərin ölkəmizin suveren haqları altına qaytarılması, qardaş Türkiyənin iştirakı ilə regionun gələcəyinə dair yeni strateji planların icrası mərhələsinə başlamaq gərəkdir.

Onu da qeyd edək ki, Laçın dəhlizinin təklükəsiz çalışması bizim dövlət strukturlarının zəmanəti altında olduğu üçün Qarabağda qanunsuz separatçı strkuturun hər hansı qalıqlarını qoruyub saxlamaq mümkün olmayacaq. Digər tərəfdən, elə bu gündən başlayaraq, Naxçıvanla kommunikasiyaya dair birgə bəyanatda nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə başlanılması Qarabağla cəmi bir yolla əlaqə dəhlizinin təhlükəsiz çalışmasında ən mühüm faktorlardan biri olacaqdır. Yəni, dəhlizlər coğrafi olmasa da, siyasi və ictimai işləklik baxımından bir-birindən ayrılmaz şəkildə bağlıdır".

Millət vəkili bildirib ki, qarşıdakı yaxın dövrdə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütüövlüyünü tanıyaraq, bütün tarixi iddialarından geri durduğunu bəyan edərsə, eləcə də əsrlərlə yürüdülən mifik ictimai-siyasi, həmçinin ideoloji kursun ağır mirasından imtina edərsə, o halda bölgədə daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər:

"Əks halda Ermənistanın regional missiyasını revanşizmdə, yaxud hərb partiyası adı altında şərti bir qüvvənin hazırki rejimi devirməsi hesabına formalaşacaq yeni hakimiyyətin ənənəvi xəttə qayıdışı baş verərsə, onda 3-cü müharibə artıq Qarabağ ətrafında deyil, "ermənisiz Qafqaz” hədəfi və yekunu uğrunda gedəcək!"

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az