Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi

Daha bir məmur oğlu bahalı avtomobillə qəza törətdi
Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib. Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi avtomobil 5 nömrəli məktəbin həyətinə girib.

Miq.az bildirir ki, məsələ ilə bağlı publika.az-a məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.
"Hadisə avqustun 27-si, gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə, hasarın küncündə işıq dirəyinə çırpılan avtomobil onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək”.
İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib: "Gözətçi zərbə səsinə çölə çıxıb, bir avtomaşının hasara çırpıldığını görüb. Nəqliyyat vasitəsinin məktəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma, yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan avtomobil idarə etməz”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az